Geri

FHN-in İdman-sağlamlıq klubu şahmat çempionatı keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu tərəfindən 26-30 yanvar 2015-ci il tarixlərində nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilmişdir. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 20 komandadan 80-ə yaxın idmançı iştirak etmiş, yarış həm şəxsi, həm komanda hesabında İsveçrə sistemi üzrə keçirilmişdir. Komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer almışdır.

Beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmovun hakimi olduğu çempionatda  yığılan xalların ümumi miqdarına görə qalib komanda və şəxslər müəyyən olunmuşdur. Belə ki, komanda hesabında 1-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, 2-ci yeri FHN-in Akademiyası, 3-cü yer isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası tutmuşdur.

Şəxsi hesabda qaliblər belə müəyyən olunmuşdur:

- 1-ci yer - Ayaz Hüseynov (“İzotop” xüsusi kombinatı);

- 2-ci yer - Elçin Əsədov (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi);

- 3-cü yer - Zəfər Teymurov (Maddi-Texniki Təchizat İdarəsi).

Qalib gələn şahmatçılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif edilmişlər.

 

Digər məlumatlar

FHN-in qurumlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 20 Yanvar faciəsinin  28-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 19 yanvar 2018-ci il tarixində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Saatlı rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu