Geri

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə toplantı keçirilmişdir

“Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi”nin tətbiqi ilə əlaqədar maarifləndirmə işlərinin aparılması məqsədilə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə 29 yanvar 2015-ci il tarixində Gəncə şəhərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin inzibati binasında toplantı keçirilmişdir. Toplantıda nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları ilə yanaşı, Gəncə Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayon icra hakimiyyətlərinin məsul nümayəndələri - icra başçılarının müavinləri, memarlar və hüquqşünaslar iştirak etmişdir.

Tədbirdə “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi”nin tətbiqinin təmin edilməsi, xüsusən, məcəllənin tikintiyə icazə icraatı, tikinti layihələrinin ekspertiziadan keçirilməsi, tikintidə dövlət nəzarətinin həyata keçirilməsi, tikinti obyektlərinin istismarına icazə verilməsi, o cümlədən şəhərsalma və tikinti fəaliyyətində yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqə mexanizminin formalaşdirilması ilə əlaqədar geniş fikir mübadiləsi aparılmış, bu sahədə yaranan suallar cavablandırılmışdır.     

                                  

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Abşeron rayon ərazisində yerləşən istirahət mərkəzlərində və parklarda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Gəncə şəhəri 2 nömrəli xəstəxanada “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu