FHN-in Sumqayıt Regional Mərkəzi ilə Abşeron rayon Təhsil Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən rayonun təhsil ocaqlarında keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Abşeron rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.
Tədbirdə Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Dəm qazı təhlükəsi”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilk tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişdir.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film və “Dəm qazı təhlükəsi” mövzusunda nazirliyin hazırladığı videoçarx nümayiş etdirilmişdir. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış və təbliğat xarakterli buklet və plakatlar paylanılmışdır.
Tədbirin praktiki hissəsində məktəbin həyətində FHN Sumqayıt Regional Mərkəzinin qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 20 aprel 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Goranboy rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 19 aprel 2018-ci il tarixində Göygöl rayonu Yeni Qızılca kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 18 aprel 2018-ci il tarixində “SOCAR”ın N. Nərimanov adına NQÇİ-nin “Daşgil” neft yığma məntəqəsində "Çənlərdə neft və neft məhsullarında baş vermiş yanğının söndürülməsi" mövzusunda yanğın-taktiki təlimi keçirmişdir. ...
Ardını oxu