Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

28 yanvar 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Biləsuvar rayonu, İsmətli kənd orta məktəbində “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi olmuşdur.

Mərkəzin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyəti, “112” qaynar xətti haqqında məlumat vermiş, fövqəladə hallar baş verən zaman nə etməli, daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması, yanğın təhlükəsizliyi haqqında bukletlər və videoçarxlar vasitəsilə şagirdlərə geniş məlumat çatdırmışdır.

Sonda məktəbin müəllim və şagird heyətini maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 19 iyul tarixində 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Abşeron rayon ərazisində yerləşən istirahət mərkəzlərində və parklarda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirmişdir. ...

Ardını oxu