Geri

FHN Dövlət Yanğından Mühafizə Xidmətində hesabat yığıncağı keçirilmişdir

28 yanvar 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Yığıncağı giriş sözü ilə açan DYMX-nin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, 2014-cü il ərzində respublika ərazisində cəmi 11084 və ya hər gün, orta hesabla, 30 yanğın hadisəsinə çıxış qeydə alınmışdır. Yanğınların sayına təsir göstərən əsas amillərdən biri il ərzində havaların isti keçməsi olmuşdur. Füzuli Əsədov qeyd etmişdir ki, yanğınlardan cəmi 14 hadisə, yəni 0,1%-i yüksək saylı çağırışla söndürülmüşdür. Görülən tədbirlər nəticəsində il ərzində yanğında həlak olanların sayı 2013-cü illə müqayisədə azalmış, yanğınların orta söndürülmə vaxtı əvvəlki ilə nisbətən 2,6 dəqiqə azalmışdır.

Daha sonra DYMX-nin hissə və bölmə rəislərinin hesabat məruzələri dinlənilmişdir.

Müşavirədə yekun nitq ilə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yanğınsöndürənlərin 2014-cü ildəki fəaliyyətinə müsbət qiymət vermiş, qarşıda duran vəzifələrdən, o cümlədən Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı yanğınsöndürənlər qarşısında duran vəzifələrdən bəhs etmişdir.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi Səbail Rayon İcra Hakimiyyətində rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində 2018-ci il oktyabr ayının 19-da Səbail Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları ilə birgə 18 oktyabr 2018-ci il tarixində Lənkəran rayonunun Aşağı Nüvədi kəndində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr ­­­– Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu