Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları 27 yanvar 2015-ci il tarixində Tovuz rayonu, Bozalqanlı kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə məktəb kollektivi ilə yanaşı Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi də iştirak etmişdir. “Qış aylarında fövqəladə hallar zamanı davranış qaydaları” adlı keçirilən bu tədbirdə Gəncə Regional Mərkəzinin əməkdaşları  “Fövqəladə Hallar Nazirliyi haqqında məlumat”, “Zəlzələ zamanı nə etməli?”, “112” qaynar telefon xətti”, “Dəm qazı və onun təhlükələri”, “Yanğın təhlükəsizliyi qaydaları”  mövzularında geniş çıxışlar  etmişlər. Qar və buz üzərində hərəkət edərkən təhlükəsizlik qaydalarına riayət edilməsi haqqında məlumatlar verilmiş, həmçinin,  videoçarxlar və mövzulara uyğun slaydlar nümayiş etdirilmişdir.  

Tədbir iştirakçılarına bukletlər,  yaddaş kitabçaları paylanılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əlincə qalasına yürüş təşkil etmişdir

16 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının bir qrup komitə sədrləri Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə cəsarət, möhkəm iradə və sarsılmazlığın rəmzinə çevrilən, 1800 metr yüksəklikdə yerləşən Əlincəqalaya yürüş təşkil......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2018-ci il iyul ayının 17-dən 19-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Yevlax, Ucar və Tərtər rayonlarında  yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirmiş, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, Xidmət tərəfindən bu məqsədlə hazırlanmış yaddaş......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Göyçay rayon Suvarma sistemləri idarəsinin kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu