Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən  27 yanvar 2015-ci il tarixində Bərdə şəhər 6 nömrəli tam orta məktəbdə ”Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Maarifləndirici tədbirdə təhsil müəssisəsinin kollektivi, texniki işçilər və valideynlərlə yanaşı, Bərdə rayon Təhsil Şöbəsinin və FHN-in yerli qurumlarının nümayəndələri də iştirak etmişdir.

Təhsil müəssisəsində keçirilən təbliğat xarakterli tədbirdə məqsəd məktəbin kollektivinin fövqəladə hallar sahəsində maarifləndirilməsi, onların baş verə biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin daha da təkmilləşdirilməsi olmuşdur. 

Maarifləndirmə tədbirində Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Qarabağ Regional Mərkəzinin strukturu və fəaliyyət istiqamətləri, həmçinin, fövqəladə hal anlayışı haqda tədbir iştirakçılarına geniş məlumat verilmiş, “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Elektromaqnit sahəsindən qorunun!”, “Dəm qazı təhlükəsindən uzaq olun!”, “Hansı hallarda “112” xidmətinə müraciət etmək lazımdır” mövzularında çıxışlar edilmiş, iştirakçılara mövzularla bağlı geniş izahat verilmişdir.

Çıxışlardan sonra şagirdlərə mövzulara uyğun hazırlanmış broşür və bukletlər paylanmışdır. Mərkəz əməkdaşları tərəfindən auditoriyanı maraqlandıran suallar cavablandırılmışdır.

Sonda məktəblilərə mövzulara uyğun fotoslaydlar, Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri barədə və Fövqəladə Hallar Nazirliyinin dəm qazı haqqinda  hazırladığı videoçarx nümayiş etdirilmişdir. Təhsil müəssisəsinin kollektivinin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olması məqsədilə regional mərkəz əməkdaşları tərəfindən hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə cari il aprel ayının 25-də Xəzər rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 26 aprel 2018-ci il tarixində Gəncə şəhəri 2 nömrəli Peşə məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 26 aprel 2018-ci il tarixində Quba rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümünəvi mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu