Geri

FHN-in Bakı Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

27 yanvar 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “İstismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin 2014-cü ildə aparılmış monitorinqinin nəticələri və qarşıda duran vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Tədbirdə FHN-in Aparatının, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Bakı və Sumqayıt Regional mərkəzlərinin əməkdaşları, Bakı Regional Mərkəzi nəzdində fəaliyyət göstərən Əlaqələndirmə Komissiyasının Bakı şəhərinin bütün rayonlarının icra hakimiyyətlərini təmsil edən üzvləri, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi iştirak etmişdir.

Çıxış edənlər Mərkəzdə fəaliyyət göstərən monitorinq qrupu tərəfindən hazırlanmış hesabatda öz əksini tapan bina və qurğuların texniki təhlükəsizliyi sahəsində aşkar edilmiş pozuntular barədə məlumat vermiş, hər bir rayon üzrə bu sahədə görülən işlərin vəziyyəti təhlil edilmiş və təqdimat şəklində tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Təqdimatda, həmçinin, Mərkəzə “112” Çevik reaksiya idarəsindən daxil olmuş müraciətlərin Bakı şəhərinin rayonları üzrə statistikası və məzmun göstəriciləri də nəzərə çatdırılmışdır.

Tədbirdə rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək mövcud problemlər barədə danışmış və onların aradan qaldırılması istiqamətində öz təkliflərini vermişlər. Bundan əlavə, Mərkəzin monitorinq qrupunun səmərəli fəaliyyəti qeyd edilmiş və  gələcəkdə də sıx əməkdaşlıq əlaqələrinin saxlanılmasının vacibliyi bildirilmişdir.

İnteraktiv müzakirələr şəraitində keçirilmiş “dəyirmi masa” zamanı səslənmiş problemlər və onların aradan qaldırılması məqsədilə qeyd olunmuş təkliflər ümumiləşdirilmiş və həyata keçirmək üçün tövsiyə olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Abşeron rayon ərazisində yerləşən istirahət mərkəzlərində və parklarda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Gəncə şəhəri 2 nömrəli xəstəxanada “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu