Geri

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

23 yanvar 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Yasamal rayonundakı 38 nömrəli orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə və Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları iştirak etmişdir.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Təbii və texnogen fövqəladə hallar, eləcə də həmin hallar zamanı hərəkət qaydalarına həsr olunmuş məruzələrdən ibarət olan nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə fövqəladə halların təsnifatı, kollektiv mühafizə qurğuları, təbii, radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar, yanğın və nəqliyyat qəzaları, terror xarakterli fövqəladə hallar zamanı davranış qaydaları barədə çıxışlar etmişdir.    

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu, eləcə də dəm qazı barədə videoçarxlar nümayiş etdirilmiş, tədbir zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəciklə davam etmişdir. Tədbirin gedişində məktəb şagirdlərinin fövqəladə hallar və FHN-lə bağlı hazırladıqları şeirlər alqışlarla qarşılanmışdır.

Praktik hissə şərti zəlzələ ilə bağlı xəbərdarlıq siqnalından sonra məktəb şagirdlərinin təxliyyəsi üzrə məşqlə başlamışdır. Şagirdlər öz müəllimlərinin rəhbərliyi altında mütəşəkkil şəkildə məktəb binasını tərk edərək təhlükəsiz ərazidə toplaşmışlar. Təxliyyə başa çatdıqdan sonra Bakı Regional Mərkəzin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən məktəbdə qalanların axtarışı və yaralıların xilasedilməsi üzrə xilasetmə əməliyyatı həyata keçirilmiş və 2 şagird məktəbdən çıxarılaraq Tibb Xidmətinin və Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının  tibbi yardım briqadasına təhvil verilmişdir.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlıqları nümayiş olunmuş, “Sprinter” (“Mercedes BENZ”) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, xüsusi kinologiya avtomobili, yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları, eləcə də maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Bundan əlavə, məktəbdə qoyulması simulyasiya edilmiş partlayıcı qurğu Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılmış və pirotexnik tərəfindən zərərsizləşdirilmişdir.

Keçirilmiş tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.      
                             

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi Səbail Rayon İcra Hakimiyyətində rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində 2018-ci il oktyabr ayının 19-da Səbail Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları ilə birgə 18 oktyabr 2018-ci il tarixində Lənkəran rayonunun Aşağı Nüvədi kəndində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr ­­­– Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu