Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

22 yanvar 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhərində yerləşən 38 nömrəli orta məktəbdə “Qış aylarında fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Çıxış edənlər “Zəlzələ zamanı nə etməli?”, “112” qaynar telefon xətti, “Məktəblilər üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı və onun təhlükələri” mövzularında məlumat vermişdir.

Həmçinin, mövzulara uyğun videoçarxlar və slaydlar nümayiş etdirilmiş, iştirakçılara  bukletlər, yaddaş kitabçaları paylanılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin praktiki hissəsində isə Xilasetmə hissəsinin xilaediciləri xilasetmə avadanlıqlarını, onlardan istifadə qaydalarını əyani nümayiş etdirmişdir.

 

Digər məlumatlar

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsi beynəlxalq təlimdə uğurla iştirak etmişdir

8-11 oktyabr  2018-ci il tarixlərində Serbiya Respublikasının Mladenovac və Aranjelovaç şəhərlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzinin fəlakət nəticələrinin idarəolunması sahəsində “Serbiya-2018” təlimi keçirilmişdir. Serbiya Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə keçirilən təlim NATO-nun Avro-Atlantik Fəlakətlərin İdarə olunması Mərkəzinin keçirdiyi 18-ci təlimdir. ...

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı yanğınsöndürmə xidmətinin əməkdaşı olmuş Milli Qəhrəmanların məzarlarını ziyarət etmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə  Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə Yanğından Mühafizə Xidmətinin əməkdaşı olmuş,  Azərbaycan torpaqları uğurunda qəhrəmancasına fədakarlıq göstərərək həyatlarını fəda etmiş Azərbaycanın Milli Qəhrəmanları  Əsədov Malik Hamil oğlunun və Niftəliyev Cəmil Səmədxan oğlunun məzarları ziyarət olunmuş və şəhidlərin ailələrinə baş......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 12 oktyabr 2018-ci il tarixində Göyçay rayon 27 nömrəli Ağdam tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu