Geri

FHN-in Şimal Regional Mərkəzi Quba Rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iştirakı ilə Quba Rayon İcra Hakimiyyətində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Seminar-müşavirədə meşə yanğınlarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu, müxtəlif xarakterli fövqəladə halların yaranmasında insan faktoru, yanğın təhlükəsizliyi qaydalarının tələbləri və əhali arasında bu istiqamətdə təbliğatın  aparılmasının vacibliyi məsələlərinə toxunulmuşdur.

Tədbirdə  FHN-in fəaliyyət istiqamətləri, təhlükəsizliymizin təmin olunmasında “112” qaynar xəttinin rolu ilə yanaşı, Şimal Regional Mərkəzinin regionda yerləşən yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, meşə yanğınlarının yaranma səbəbləri və qarşısının alınması zamanı qarşılıqlı fəaliyyətin təşkili, yanğın təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsi qaydaları, meşə yanğınlarının qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında idarə, müəssisə, təşkilat və vətəndaşların rolu kimi mövzularda  da geniş müzakirələr aparılmışdır.

Tədbirin sonunda meşə yanğınlarının baş vermə səbəbləri haqqında video-slayd nümayiş etdirilmişdir.  

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu