Geri

FHN-nin Cənub Regional Mərkəzində qərargah məşqi keçirilmişdir

FHN-nin Cənub Regional Mərkəzində “2014-cü il üçün Fövqəladə Hallar Nazirliyi üzrə Əsas Tədbirlərin Təqvim Planı”nına uyğun olaraq  “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təkşili”  mövzusunda qərargah məşqi keçirilmişdir.

Mərkəzin bütün rəhbər və zabit heyəti cəlb edildiyi qərargah məşqinin əsas məqsədi  fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Cənub Regional Mərkəzinin  rəhbər və zabit heyətinin idarəetmə sahəsində peşəkarlıqlarının, bilik və bacarıqlarının daha da artırılması, fövqəladə hallar zamanı fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin reallığının yoxlanılması, vəziyyətin qiymətləndirilməsi, təhlilin aparılması, təkliflərin hazırlanması, qüvvə və vasitələrin idarə edilməsində məşq iştirakçılarının vərdişlərinin artırılması, Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin müəyyən edilməsi və baş vermiş fövqəladə  hadisələr zamanı düzgün qərar qəbuletmə bacarığının aşılanması olmuşdur.

 Qərargah məşqi iki mərhələdə keçirilmişdir.

Birinci mərhələdə baş vermiş fövqəladə hadisə barədə şəxsi heyət xəbərdarlıq edilərək birgə fəaliyyət təşkil edilmiş, yaranmış vəziyyət qiymətləndirilmiş, müvafiq hesabatlar və görüləcək işlər barəsində  təkliflər hazırlanmış, əsas idarəetmə məntəqəsi, rabitə və xəbərdarlıq sistemi hazır vəziyyətə gətirilmiş, fövqəladə hallar zamanı axtarış və qəza-xilasetmə işlərinin təşkili həyata keçirilmişdir.

İkinci mərhələdə isə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, kəşfiyyatın təşkili, qüvvə və vasitələrin, texnika  və avadanlıqların fövqəladə hadisə yerinə cəlb edilməsi, köçürülmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi üçün hazırlıq işlərinin təşkili, cəlb ediləcək qüvvə və vasitələrin hesabatı dəqiq olaraq müəyyənləşdirilmiş, xəsarət alanların ilkin həyat təminatının, yanğın-partlayış obyektlərində baş vermiş qəzaların və nəqliyyat qəzalarının nəticələrinin aradan qaldırılması işləri həyata keçirilmişdir.

Mərkəzin əhatə etdiyi ərazidə baş verən fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılıması zamanı Cənub Regional Mərkəzi ilə Nazirliyin yerli qurumları və yerli icra hakimiyyətlərinin idarə və təşkilatları arasında qarşılıqlı fəaliyyət planlarına əsasən işlər davam etdirilmiş, müsbət nəticələr əldə edilmişdir.

Nəticə olaraq, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirakçıların vərdişləri təkmilləşdirilmiş, xilasetmə işinin təşkili zamanı insanların axtarılması və zərərçəkmişlərin təhlükəsiz ərazilərə təxliyəsi həyata keçirilmiş, Mərkəzin struktur bölmələri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə nail olunmuşdur. 

 

 

Digər məlumatlar

FHN-nin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 15 oktyabr 2019-cu il tarixində Beyləqan rayon Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.  ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 15 oktyabr 2019-cu il tarixində Bakı şəhər “GM City” oteldə, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nərimanov rayon Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində...

Ardını oxu

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu