Geri

FHN-nin Şimal-Qərb Regional Mərkəzi “Zaqatala” qəzetinin redaksiyasında “dəyirmi masa” keçirmişdir

Baş verə biləcək fövqəladə halların qarşısının alınması, fövqəladə hallar baş verdikdə ziyanın minimuma endirilməsi üçün əhali ilə aparılan təbliğat işində mətbuatın mühüm rolunu nəzər alan FHN-nin Şimal-Qərb Regional Mərkəzi Zaqatala rayonunun ictimai-siyasi qəzeti olan “Zaqatala” qəzetinin redaksiyasında “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qarşıda duran vəzifələr, mülki müdafiə hazırlığının təşkil olunması haqqında mühazirələrin aparılması, mətbuat vasitəsi ilə insanların maarifləndirilməsi”  mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd  baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması və bununla bağlı qəzetlərdə mütəmadi olaraq materialların dərc olunması, mətbuat vasitəsi ilə əhalinin maarifləndirilməsi olmuşdur.

“Dəyirmi masa”da Zaqatala Rayon İcra Hakimiyyətinin təmsilçiləri və “Zaqatala” qəzetinin əməkdaşları ilə fikir mübadiləsi aparılmış, rayon üçün xarakterik olan təbii fəlakətlər, mövsümü hadisələr, bununla əlaqədar qabaqlayıcı tədbirlər və fövqəladə hallar zamanı davranış qaydaları haqqında məlumatların  mütəmadi olaraq qəzet səhifələrində yer almasının əhəmiyyəti vurğulanmışdır. 

 

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu