Təqdimatla bağlı keçirilmiş tədbirdə bildirilmişdir ki, avtomatik yanğınsöndürmə topu insan müdaxiləsi, mexaniki təsir olmadan kiçik bir alışma, alov toxunduğu zaman aktivləşir və yanğın 3-5 saniyə müddətində sönür.
Baş Polis İdarəsi Dövlət Yol Polisinin şəxsi heyətinə ekoloji cəhətdən təhlükəsiz olan avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri haqqında məlumat verilərək qeyd olunmuşdur ki, bu yanğınsöndürmə vasitəsini alovun mərkəzinə atmaqla yanğını dərhal söndürmək mümkündür və onu yanğın zamanı tətbiq etmək üçün heç bir yaş məhdudiyyəti və xüsusi texniki təlimə ehtiyac yoxdur. Yanğınsöndürmədə yeni texnologiya olan avtomatik yanğınsöndürmə topunun həm də siqnalizasiya vasitəsi, 6 il müddətində istismara yararlı olması, bu müddətdə yenidən doldurulmasına və işlək vəziyyətdə olmasına nəzarət edilməsinə ehtiyac olmaması haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Həmçinin bildirilmişdir ki, çəkisi 1,3 kq olan bu avtomatik yanğınsöndürmə vasitəsi hazırda istifadə olunan ilkin yanğınsöndürmə vasitələrindən 5-10 dəfə yüngüldür və A, B, C sinif yanğınları, habelə 1300V gərginlik altında olan elektrik qurğularında, avtomobillərdə baş vermiş yanğınları söndürmək iqtidarındadır.
Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yanğınların statistikası və təhlilinə istinad edərək bildirmişlər ki, nəqliyyat vasitələrində 2012-ci ildə 340, 2013-cü ildə 372 yanğın hadisəsinin baş vermiş, bu yanğınların genişlənməsinin başlıca səbəbləri isə avtomobillərdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması, sürücülərin bu vasitələrin təyinatını və onlardan düzgün istifadə edilməsini bilməmələridir.
Bütün bunları nəzərə alaraq, Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti tərəfindən sürücülər arasında müvafiq maarifləndirmə işlərinin aparılması zəruridir.9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......
Ardını oxu5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...
Ardını oxu6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxu