Geri

FHN Cənub Regional Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursantlarının istehsalat təcrübəsi başlanmışdır

Fövqəladə Hallar Nazirliyinin Akademiyası rəisinin əmrinə əsasən təcrübə keçmə proqramına uyğun olaraq 2014-cü il iyul ayının  21-dən avqustun 4-dək Akademiyanın Həyat fəaliyyətinin təhlükəsizliyi  mühəndisliyi  fakültəsi  III  kursunun 14 kursantı Cənub Regional Mərkəzinə  qrup rəisi vəzifəsində istehsalat təcrübəsi keçmək üçün təyin olunmuşdur.

FHN Cənub Regional Mərkəzində istehsalat təcrübəsi keçmək üçün Mərkəzə təyin olunmuş kursantlarla tədris məşğələsi keçirilmişdir. Məşğələdə kursantlara rəhbərlik tərəfindən təcrübə keçmə proqramı izah edilmiş və təcrübə müddətində onların icra edəcəyi işlər nəzərlərinə çatdırlmışdır. Təcrübədə olduğu müddətdə kursantlara qrup rəisi vəzifəsində təcrübə keçmə proqramı, fərdi iş planı, təcrübə keçmənin hesabat vərəqəsi, yerinə yetirdiyi işlər barədə hesabat, təcrübə proqramı haqqında ümumi nəticə, hesabat, hesabat haqqında rəy və onların hazırlanma forması izah edilmişdir. Bununla yanaşı  təcrübədə olduqları  müddətdə kursantların tədris məşğələlərində, sıra baxışlarında, təlimatlandırma proseslərində, növbələrin təhvil-təslim prosesində, sərbəst hazırlıq vaxtlarında, idman məşğələlərində və Mərkəzdə keçirilən təlim və məşqlərdə iştirakı haqqında hazırlanan plan onlara təqdim edilmişdir.

Məşğələnin sonunda kursantları maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmış, onlara istehsalat təcrübəsi keçmə müddətində müvəffəqiyyətlər arzulanmışdır.

 

 

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu