Geri

FHN-nin Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN-nin Bakı Regional Mərkəzi Suraxanı rayonu Heydər Əliyev Mərkəzində qadınlar üçün təlim kursu keçirmişdir. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də rayonun qadınları iştirak etmişlər.

Çıxış edənlər vurğulamışlar ki, qadınların fövqəladə hallar mövzusunda elmi-praktik biliklərinin artırılması vacibdir.

Tədbirdə Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları”, “Fövqəladə halların təsnifatı”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxışlar edilmişdir. Tədbir iştirakçılarına təbii və texnogen xarakterli fövqəladə hallar, onların xüsusiyyətləri, fövqəladə hal baş verdikdə davranış qaydaları, qaz cihazlarından istifadə zamanı təhlükəsizliyin təmin edilməsi haqqında ətraflı məlumat verilmişdir.

   Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə xarakterli videotəqdimatlar da nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən, 19-21 avqust 2019-cu il tarixlərində “Hərbiləşdirilməmiş Mülki müdafə dəstələrinin komandir rəis heyətinin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanılması” proqramı əsasında kəşfiyyat manqa komandirləri kateqoriyası üzrə mülki müdafiə kursları......

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 21 avqust 2019-cu il tarixində Sabirabad rayon Yol İstismar idarəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi 21 avqust  2019-cu il tarixində Ağstafa rayonunda yerləşən “Akkord Tekstil” MMC-də, Qarabağ regional......

Ardını oxu