Geri

FHN-nin Şimal-Qərb Regional Mərkəzi səhiyyə işçiləri ilə maarifləndirmə tədbiri keçirmişdir

FHN Şimal-Qərb Regional Mərkəzi İsmayıllı rayon Mərkəzi Xəstəxanasında “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, fövqəladə hallar zamanı nə etməli, səhiyyə işçilərinin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda nəzəri maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin məqsədi səhiyyə işçilərinin yarana biləcək fövqəladə hallara hazır olması,  fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi, tibb işçilərinin xilasedicilərlə birgə fəaliyyətinin aşılanması, səhiyyə işçilərinin mülki müdafiə hazırlığının təşkil olunması idi.

  Tədbirdə Mərkəz əməkdaşları tibb personalına Fövqəladə Hallar Nazirliyi və Şimal-Qərb Regional Mərkəzinin fəaliyyəti, baş verə biləcək fövqəladə halların qarşısının alınmasında, hadisələr zamanı itkilərin minimuma endirilməsində təbliğatın rolu, texnogen qəzaların yaranmasında insan amili, ərazi üçün xarakterik olan təbii fəlakətlər, panika, fövqəladə hallar zamanı nə etməli, çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyi, mülki müdafiə, səhiyyə işçilərinin mülki müdafiə hazırlığının təşkili, “112” qaynar telefon xətti, fövqəladə hallar zamanı FHN-nin əməkdaşları ilə səhiyyə işçilərinin qarşılıqlı fəaliyyətinin təşkili və sair mövzular haqqında məlumatlar vermişlər.

Digər məlumatlar

FHN-nin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 15 oktyabr 2019-cu il tarixində Beyləqan rayon Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.  ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 15 oktyabr 2019-cu il tarixində Bakı şəhər “GM City” oteldə, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nərimanov rayon Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində...

Ardını oxu

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu