Maarifləndirmə tədbirində əsas məqsəd fövqəladə hallar zamanı davranış qaydaları, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yaranması, fəaliyyəti və təsnifatı haqqında xəstəxananın həkim və orta tibb işçilərinə geniş məlumat verilmişdir.
“Yanğın təhlükəsizliyi, qarşıda duran vəzifələr və problemlərin həlli yolları”, “Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydaları”, “Fövqəladə hallar baş verən zaman nə etməli, daşqın , zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması” mövzularında çıxışlar edilmişdir.
Sonda tədbir iştirakçılarına, təbii fəlakətlər riskinin azaldılması problemlərinə həsr edilmiş kitabçalar paylanılmış və video-çarx nümayiş olunmuşdur.
9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......
Ardını oxu5-6 dekabr 2019-cu il tarixlərində Fövqəladə halların nəticələrin aradan qaldırılması zamanı FHN-in xilasetmə qurumlarının struktur bölmələrinin qərargahlarının qarşılıqlı fəaliyyətinin təşkili mövzusunda birgə qərargah məşqi keçirilib. ...
Ardını oxu6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxu