Geri

Birinci Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupun iclası keçirilmişdir

27 may 2014-cü il tarixində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay Olimpiya Oyunları ilə bağlı mədəniyyət və turizm obyektlərinin yanğın və texniki təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupun iclası keçirilmişdir.

İşçi Qrupun rəhbəri, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yangın Nəzarəti Xidmətinin rəis müavini, polkovnik  Arzu  Əliyevin  sədrliyi ilə keçirilən iclasda  2015-ci ildə Bakı şəhərində I Avropa Yay Oyunlarının keçiriliməsi ilə əlaqədar tikilməkdə olan və ya hazırda istismar edilən mədəniyyət və turizm obyektlərinin yanğın təhlükəsizlik tələblərinə uyğunluğunun  yoxlanılması,  aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılması işinin təşkili və bu sahədə digər mümkün problemlərin operativ həlli ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

İclasda müvafiq qurumlara mehmanxanalar,  muzeylər,  istirahət və əyləncə,  idman-sağlamlıq obyektləri və turistlərin ziyarət edəcəyi güman edilən digər mədəniyyət və turizm obyektlərində qanuna müvafiq qaydada yanğın-texniki müayinələr keçirilməsi, yanğın-texniki müayinələr zamanı yanğından mühafizə sistemlərinin təftiş edilməsi, işçi heyətin yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, baş verə biləcək yanğın zamanı insanların təxliyə olunması qaydalarının öyrədilməsi və müvafiq təlimlərin keçirilməsi, həmçinin ehtiyat çıxış yollarının və su təchizatının daim işlək vəziyyətdə olmasının təmin edilməsi tapşırılmışdır.

İşçi qrupun iclasında mehmanxanalar, ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyinin təmin olunması ən vacib sahələrdən biri kimi diqqət mərkəzində olmuşdur. Bu obyektlərdə ərazilərin saxlanması, elektrik qurğuları, şəbəkələr və işıqlandırıcılar, yanğınsöndürmə vasitələri, istilik və havadəyişmə sistemi, kütləvi tədbirlərin keçirilməsi üçün konfrans zalları və digər otaqlarla bağlı yanğın təhlükəsizliyi tədbirləri, yanğın baş verən zaman insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın zamanı hərəkətlər geniş müzakirə olunmuş, müvafiq tapşırıqlar verilmişdir.

İclasda I Avropa Yay Oyunlarının keçiriləcəyi obyektlərdə yanğına qarşı təbliğat işlərinin aparılmasının, yanğın təhlükəsizliyi bilgilərini təbliğ edən əyani vəsaitlərdən, o cümlədən sosial reklam daşıyıcılarından geniş istifadə olunmasının vacibliyi vurğulanmışdır.

2015-ci ildə I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı mədəniyyət və turizm obyektlərinin yanğın və texniki təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupun iclasında qarşılıqlı fəaliyyətin təmin olunması məqsədi ilə həmin qrupda nümayəndələrinin də təmsil olunduğu Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçiriləcək tədbirlər də müzakirə edilmişdir.

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu