Geri

FHN Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə çimərlik mövsümünə hazırlıqla bağlı silsilə rayon müşavirələrinin keçirilməsinə başlamışdır

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 25 aprel 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirmişdir.

Keçirilən müşavirədə çimərliklərin mövsümə hazırlığı, mövcud olan problemlər və onların həlli yolları, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi məsələləri müzakirə olunmuşdur.

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə Bakı Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, qəsəbə icra nümayəndəliyi, bələdiyyələrin, mənzil istismar sahələrinin nümayəndələri və çimərliklərin fəaliyyətinə məsul olan şəxslər iştirak etmişdir.  

Müşavirədə Bakı Regional Mərkəzinin əməkdaşı “Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında FHN Bakı Regional Mərkəzinin aidiyyəti qurumlarla birgə fəaliyyəti” mövzusunda çıxış edərək bildirmişdir ki, Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə hər il ərazisində çimərlik olan rayonların icra hakimiyyətlərində maarifləndirmə və məlumatlandırma mexanizmlərinin işə salınması və bu istiqamətdə rayon icra hakimiyyətləri, bələdiyyələr, eləcə də rayonların aidiyyəti qurumları ilə birgə fəaliyyətin gücləndirilməsi məqsədilə müşavirələr keçirir.

Daha sonra Bakı Regional Mərkəzinin əməkdaşları “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları”, “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları” mövzularında çıxış edərək müşavirə iştirakçılarına zəruri nəzəri məlumatlar çatdırmışlar. Çıxış zamanı müşavirədən qabaq FHN Bakı Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Sahil, Lökbatan və Qobustan qəsəbə nümayəndəliklərinin əməkdaşlarının iştirakı ilə rayon ərazisində olan çimərliklərdə problemlərin müəyyən olunması məqsədilə keçirilən monitorinq zamanı çəkilmiş fotoşəkillərin köməyi ilə mövcud vəziyyət tədbir iştirakçılarına çatdırılmışdır.

Daha sonra “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti” və “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzularında çıxışlar dinlənilmişdir.

Tədbirin gedişində Dövlət Sularda Xilasetmə Xidmətinin videoçarxı nümayiş olunmuşdur.

 

 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzində xilasedicilər üçün kurslar təşkil olunub

16-20 sentyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ – Mədən Nəzarəti Dövlət Agentliyi... ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 sentyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Vizəzəmin kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional  Dövlət Yanğın Nəzarəti İdarəsi 20 sentyabr 2019-cu il tarixində Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbində......

Ardını oxu