Geri

Gəncə Regional Mərkəzində “Mart soyqırımının qurbanları” mövzusunda anım tədbiri keçirilmişdir

31 mart 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir mart soyqırımının qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı etdiyi zülmlər, dinc insanları qətlə yetirməsi, torpaq iddası kimi məkrli fikirləri barədə çıxışlar edilmişdir. Həmçinin, qeyd olunmuşdur ki, mart soyqırımı – 1918-ci ilin 30 mart və 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Bu gün biz və bizdən sonra gələcək nəsillər bu faciəni unutmamalıyıq.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti məktəblilərlə görüş təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsində Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin bir qrupu ilə görüş keçirilib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

20 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Sumqayıt şəhərində yerləşən “Sumqayıt Plaza” otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

20 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu