Geri

FHN Muğan Regional Mərkəzi növbəti maarifləndirmə tədbirini keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları mart ayının 28-də Neftçala rayonu Astanlı kənd tam orta məktəbində fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində maarifləndirilməsi məqsədilə “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı  nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Maarifləndirmə tədbirində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumatlandırılması, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaq olmuşdur.

İlk olaraq, Fövqəladə Hallar Nazirliyinin yaranması, fəaliyyəti, “112” qaynar xətti və yanğınsöndürən balonlar haqqında, fövqəladə hallar baş verən zamanı nə etməli, daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması barədə ümumiləşdirilmiş məlumatlar verilmiş, plakat-slaydlar nümayiş olunmuşdur.

Tədbirin gedişatında Fövqəladə Hallar Nazirliyinin yaranması, strukturu və fəaliyyəti haqqında sənədli film nümayiş olunmuş, mövzu ilə bağlı hazırlanmış bukletlər paylanmış, məktəbin müəllim və şagird heyətini maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti məktəblilərlə görüş təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsində Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin bir qrupu ilə görüş keçirilib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

20 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Sumqayıt şəhərində yerləşən “Sumqayıt Plaza” otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

20 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu