Geri

Səhiyyə işçiləri ilə maarifləndirmə tədbiri keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 15 mart 2014-cü il tarixində Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzində “Zəlzələ zamanı davranış qaydaları, insanların təxliyyə edilməsi” mövzusunda nəzəri və praktik maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin məqsədi səhiyyə işçilərinin yarana biləcək fövqəladə hallara hazır olması, baş verə biləcək fövqəladə hadisə zamanı davranış qaydalarının təkmilləşdirilməsi olmuşdur.

Tədbirin nəzəri hissəsini səhiyyə müəssisəsinin akt zalında baş həkim Bəxtiyar Haqverdiyev açaraq tədbirin əhəmiyyətindən danışmışdır. Bəxtiyar Haqverdiyev Fövqəladə Hallar Nazirliyinin qurumları tərəfindən keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirərək qeyd etmişdir ki, əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydalarını bilməsi, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsini bacarması və mülki müdafiə sahəsində mükəmməl vərdişləri baş verə biləcək hadisələrdən qorunmanın ən gözəl üsuludur və səhiyyə mərkəzlərində bu mövzuda keçirilən hər bir tədbirin böyük əhəmiyyəti vardır.

Sonra Regional Mərkəzin əməkdaşları mövzu ətrafında çıxışlar etmişlər. Dinləyicilərə zəlzələ zamanı davranış qaydaları ilə bərabər, ümumilikdə fövqəladə hallar, ərazi üçün xarakterik olan təbii fəlakətlər, bu zaman davranış qaydaları, mülki müdafiə, radiasiya, kimya və bioloji fəlakət zamanı davranış qaydaları, səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi, yanğın baş verdikdə davranış qaydaları və xəstələrin evakuasiyası, nəqliyyat qəzaları, “112” zəng xidməti və sair haqqında da geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, dövrün ən aktual problemlərindən olan təbii fəlakətlər, texnogen qəzaların baş verməsi nəticəsində insanların fiziki sağlamlıqlarının bərpası, mülki müdafiənin təmin olunmasında tibb işçilərinin üzərinə çox böyük məsuliyyət düşdüyündən və gün ərzində insanların ən çox toplaşdığı, xüsusən həkim himayəsində olan xəstələrin olduğu bir müəssisədə fövqəladə hallar zamanı davranış qaydalarının daima təkmilləşdirilməsi çox vacibdir.

Tədbirin praktiki hissəsi Mərkəzin avtomobil meydançasında Xüsusi xilasetmə hissəsinin xilasediciləri tərəfindən şərti zəlzələ zamanı insanların təxliyyəsi və dağıntı nəticəsində pilləkən və liftlərdən istifadə mümkün olmadığı halda xəstələrin və çıxılmaz vəziyyətdə qalanların xüsusi alət və avadanlıqlarla yuxarı mərtəbələrdən xilas edilməsi praktiki olaraq göstərilmişdir.

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti məktəblilərlə görüş təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsində Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin bir qrupu ilə görüş keçirilib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

20 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Sumqayıt şəhərində yerləşən “Sumqayıt Plaza” otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

20 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu