Geri

FHN Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən 12 mart 2014-cü il tarixində Şamaxı Avropa Liseyində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərə təbii və texnogen mənşəli fövqəladə hallardan necə qorunmalı, hadisələr zamanı özünə və digərlərinə necə kömək etməli, ilkin tibbi yardımın göstərilməsi və yanğın təhlükəsizliyi sahəsində davranış qaydaları, baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi, dəm qazından zəhərlənmələrin qarşısının alınması və sair haqqında biliklərin aşılanması olmuşdur.

 Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən mövzu ətrafında çıxışlar edilərək dinləyicilərə “Fövqəladə  hal anlayışı”, “Mülki müdafiə”, “Yanğın-partlayış”, “Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı?”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “Ərazi üçün xaraxterik olan təbii fəlakətlər”, “Əhalinin fövqəladə hallardan qorunması”, “Fövqəladə hallar zamanı əhalinin təxliyyə olunması”, “112” qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar” və sair mövzularda ətraflı məlumatlar verilmişdir. Çıxışlardan sonra zəlzələ zamanı davranış qaydaları haqqında videoçarx nümayiş olunmuş, dinləyicilərlə qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Tədbirin sonunda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Həmin gün Regional Mərkəzin əməkdaşları tərəfindən Qəbələ rayonu Vəndam qəsəbə 1 saylı orta məktəbində də “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda praktiki  maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirin məqsədi zəlzələ zamanı davranış qaydalarını müəllim və şagirdlər arasında aşılamaq olmuşdur.

Əvvəlcə, Mərkəzin əməkdaşları məktəbin müəllim və şagird kollektivini zəlzələ zamanı davranış qaydaları haqqında geniş təlimatlandırmış, sonra şərti olaraq zəlzələ zamanı müəllim və şagirdlərin davranış qaydalarına, binadan təxliyyəsinə baxılaraq, ümumilikdə məktəb kollektivinin baş verə biləcək hadisələrə necə hazır olduğu müəyyənləşdirilmişdir. Təxliyyə zamanı buraxılan səhvlər izah olunaraq kollektivə düzgün təxliyyə qaydaları öyrədildi.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 21 fevral 2020-ci il tarixində Mingəçevir şəhər 12 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

21 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Tərtər rayon Xoruzlu kəndində yerləşən “Vəkiloğlu” MMC-də, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayon Aran ...

Ardını oxu

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

19-21 fevral 2020-ci il tarixində Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib....

Ardını oxu