Geri

FHN Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 12 mart 2014-cü il tarixində V.M.Nəciyev adına Yardımlı şəhər 4 nömrəli orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı və yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir” mövzusu çərçivəsində maarifləndirmə tədbiri keçirmişdir.

Təbliğat xarakterli tədbirdə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Mülki müdafiə qoşunlarının Lənkəran Regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı rayon Dövlət Yanğından Mühafizə hissəsinin, Yardımlı rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin əməkdaşları, 4 nömrəli orta məktəbin şagirdləri, müəllim kollektivi, texniki işçiləri və valideynlər iştirak etmişlər.

Tədbirdə çıxış edən natiqlər belə tədbirlərin əhəmiyyətindən danışdımış və qeyd etmişlər ki, müəllimlərin mülki müdafiə işinin təşkilini, onun məqsədini, əhəmiyyətini və fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri və bu bilikləri şagirdlərə və məktəbin digər işçilərinə çatdırmaları olduqca vacibdir. Belə olarsa, məktəblərdə şagirdlər və müəllim heyəti xilasedicilər gələnə qədər öz təhlükəsizliklərini müstəqil təmin edə bilərlər.

Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin maarifləndirilməsi məqsədilə “Partlayış və yanğın, onlara qarşı təhlükəsizlik tədbirləri”, “İldırım hadisəsinin yaranma səbəbləri və yağışlı-şimşəkli havada ildırımdan qorunmaq üçün nə etməli?”, “Təhlükələr zamanı təşvişin, ajiotajın yaranmasının səbəbləri və qarşısının alınması”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir”  və “112” zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?” mövzularında geniş məlumatlar verilmiş və tədbir iştirakçılarını maraqlandıran  suallar ətraflı cavablandırılmışdır.

Tədbirin sonunda “Hansı hallarda “112” zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?”, “Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmış, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair videoçarx və xüsusi xilasetmə alət və avadanlıqları nümayiş olunmuş və göstərilən əyani vasitələrlə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

20 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Sumqayıt şəhərində yerləşən “Sumqayıt Plaza” otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

20 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu

FHN Akademiyasının rəhbərliyi Moskva şəhərində səfərdə olub

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi nümayəndə heyəti 12-16 noyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olub. ...

Ardını oxu