Geri

FHN Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

12 mart 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 3 saylı Mənzil İstismar Sahəsinin ərazisində yaşayan sakinlərlə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İstismarı İdarəsi arasında razılaşdırılmış tədbirlər planına əsasən şəhər sakinləri ilə keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd şəhər əhalisinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə, binalarda və mənzillərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı İstismarı İdarəsinin, Sumqayıt Qaz İstismar Sahəsinin və 3 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları, 17-ci məhəllənin sakinləri iştirak etmişdir.

Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davarnış qaydaları”, “Binaların yanğın təhlükəsizliyi qaydaları”, “Qaz cihazlarından  düzgün istifadə qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişdir.

Daha sonra “Dəm qazı və ya gözəgörünməz qatil” mövzusunda Fövqəladə Hallar Nazirliyinin hazırladığı videoçarx nümayiş olunmuşdur. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti məktəblilərlə görüş təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsində Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin bir qrupu ilə görüş keçirilib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

20 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Sumqayıt şəhərində yerləşən “Sumqayıt Plaza” otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

20 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu