Geri

Beynəlxalq Mülki Müdafiə Günü Qərb regionunda da qeyd olunmuşdur

1 mart - Beynəlxalq Mülki Müdafiə Günü ilə bağlı 28 fevral 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğın Mühafizə idarəsinin əməkdaşlarının iştirakı ilə Gəncə şəhəri Mirzə Şəfi Vazeh adına 16 saylı orta məktəbdə təşkil olunmuşdur.

Tədbirin nəzəri hissəsində bu günün yaranma tarixindən danışılmışdır.

Sonra şərti təlimə start verilmişdir. Yuxarı sinif şagirdlərindən təşkil olunmuş mülki müdafiə dəstələri “zəlzələ” barədə məlumat aldıqdan sonra hadisə yerinə 5 nəfərdən ibarət kəşfiyyat qrupu göndərilmişdir. Kəşfiyyatçılar hadisə yerində dağıntının mövcudluğu, üç nəfərin huşsuz vəziyyətdə olması barədə xəbər verdikdən sonra xilasetmə qrupu hadisə yerinə zərərçəkmişləri xilas etmək üçün göndərilmişdir. Xilasetmə qrupu zərərçmişləri təxliyyə edərək tibbi yardım qrupuna təhvil vermişlər. Tibbi yardım qrupu yaralılara sarğılar və şinalar qoyaraq onları səyyar hospitala yerləşdirmişlər.

Sonra süni yaradılmış yanğın baradə məlutlandırılan dəstənin üzvləri əlehqazlarla və yanğınsöndürmə vasitələri ilə dərhal hadisə yerinə gəlmişlər. Yanğın söndürülmüş, zərərçəkmişlər tibb bacılarına təhvil verilmişdir.

Tədbir uğurla başa çatmışdır. 

 

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

15 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Centiral Park” otelində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı şəhər 3 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib

13-15 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib. ...

Ardını oxu