Geri

“1 MART - ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ"NƏ HƏSR OLUNMUŞ SİLSİLƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə 28 fevral 2014-cü il tarixində Lənkəran şəhəri Dəmir yolu vağzalı meydanında Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Lənkəran regional fövqəladə hallar və mülki müdafiə şöbəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə birgə maarifləndirmə tədbir keçirilmişdir.

Tədbirdə qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər zamanı istifadə olunan xilasetmə alət və avadanlıqlarından, alpinist ləvazimatlarından təhlükəsiz istifadə üsulları, hadisə zamanı zərərçəkmişlərə ilkin tibbi yardımın düzgün göstərilmə qaydaları əyani şəkildə nümayiş olunmuş və tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş növbəti maarifləndirmə tədbiri 28 fevral 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayon R.Dadaşov adına Sütəmurdov kənd orta məktəbində nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin Lənkəran xilasetmə məntəqəsinin, Cənub dalğıc-axtarış qrupunun, Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Lənkəran şəhər Təhsil şöbəsinin nümayəndələri ilə birgə həyata keçirilmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları”, “Fövqəladə hallar haqqında ümumi anlayış”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir” və “Novruz bayramı şənliklərində yanğın və texniki təhlükəsizlik qaydalarının bütün tələblərinə ciddi əməl olunmalıdır” mövzularında tədbir iştirakçılarına geniş məlumat verilmişdir.

Təhsil müəssisələrinin təxliyyə planlarının mərtəbələr üzrə müvafiq qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürən vasitələrlə təchiz olunmanın vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Sonra tədbir iştirakçılarının fövqəladə hallar sahəsində intellektual səviyyəsini artırmaq məqsədilə şagirdlərdən ibarət 3 qrupa "Müxtəlif təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı hansı davranış qaydalarına əməl olunmalıdır?" mövzusunda suallar paylanılmış, 15 dəqiqə ərzində verilən cavablar Mərkəz əməkdaşları tərəfindən qiymətləndirilmişdir.

Daha sonra şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilmişdir. Tədbirə cəlb olunan xilasetmə qrupları tərəfindən şagirdlərin fəlakət zonasından təxliyyəsi, zəlzələ zamanı düzgün mövqe tutmaq qaydaları, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi və digər təxirəsalınmaz qəza-bərpa işlərinin vaxtında və düzgün icrası tədbir iştirakçılarına əyani şəkildə göstərilmişdir.

Tədbirin sonunda “Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır”, “Özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmış, dəm qazından zəhərlənmə hallarının yaranma səbəblərinə dair videoçarx nümayiş olunmuş, müəllim və şagird heyətinə xüsusi xilasetmə alət və avadanlıqları, alpinist ləvazimatları, yanğınsöndürmə vasitələri, fərdi mühafizə vasitələri və onlardan düzgün istifadə qaydaları əyani şəkildə göstərilmiş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq mərkəzində görüş keçirilib

Braziliya hüquq mühafizə və güc sturukturlarının döyüş növləri üzrə təlimatçısı, Ciu-Citsu idman növü üzrə 5 dəfə dünya çempionu olmuş, Roys Qreys Azərbaycanda təşkil edilən Ciu-Citsu üzrə beynəlxalq seminarda iştirak edib. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Xaçmaz Regional Mədəniyyət idarəsində nümünəvi mülki müdafiə məşqi keçirib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2019-cu il tarixində Ağdaş şəhər bələdiyyəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu