Geri

1 mart ümumdünya mülki müdafiə gününə həsr olunmuş tədbir

27 fevral 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada 1 Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda tədbir keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt şəhər Təhsil Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən Sumqayıt şəhər Təbiət Təmayüllü Gimnaziyada keçirilən tədbirdə əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınmsı məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşları, gimnaziyanın müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirin nəzəri hissəsində “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”,“Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və“112 Qaynar telefon xətti təhlükəsziliyimizin qarantıdır”mövzularında Mərkəzin əməkdaşları çıxışlar etmişdir.

Daha sonra “Dəm qazından ehtiyatlı olun”mövzusunda Fövqəladə Hallar Nazirliyinin hazırladığı videoçarx və Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.Tədbirdə Gimnaziyanın şagirdlərinin hazırladıqları ədəbi-bədii hissə nümayiş olundu,vətənpərvəlik ruhunda deyilən şerlər iştirakçıların böyük marağına səbəb oldu.

Tədbirin praktiki hissəsində gimnaziyanın həyətində FHN Sumqayıt Regional Mərkəzin,Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadəsi qaydaları haqqında tədbir iştirakçıalrına məlumat verilmişdir.

 

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzində şahmat üzrə yarış keçirilib

12-13 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin 2019-cu ilin Hazırlıq Planına əsasən idmanın müxtəlif növlərinin təbliğ olunması, şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsi və onların asudə vaxtlarının səmərəli təşkilində idman tədbirlərinin rolunun artırılması məqsədilə Mərkəzin əməkdaşları arasında şahmat üzrə yarış təşkil edilib. ...

Ardını oxu

FHN-in Akademiyasında təlim-məşğələ keçirilib

14 noyabr 2019-cu il tarixdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi və Baş Prokurorluğun əməkdaşları tərəfindən......

Ardını oxu

FHN-in karate komandasının üzvləri Beynəlxalq turnirdə mükafat qazanıb

9-10 noyabr 2019-cu il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Kyoukşin Karate üzrə Beynəlxalq turnir keçirilib. 300-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin komandası məşqçi müəllimi Qabil Sayadovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər. ...

Ardını oxu