Geri

“Xocalı soyqırımı-XX əsrin faciəsi” mövzusunda anım tədbiri Gəncə Regional Mərkəzində keçirilmişdir

2014-cü il fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin inzibati binasının iclas zalında Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Ermənilər tarix boyu zəngin Azərbaycan torpaqlarına göz dikmişlər. Çar Rusiyası zamanında müxtəlif ölkələrdən Qafqaza köçürülən ermənilər Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq istəmiş, bundan ötrü də qan tökməkdən, vəhşilik etməkdən çəkinməmişlər. Ermənilər öz havadarlarının köməyi ilə fürsət düşən kimi Azərbayacan xalqına qarşı zülmlər etmiş, dinc insanları qətlə yetirmişlər. Ötən əsrin ən böyük faciələrindən hesab olunan Xocalı hadisəsi də onların törətdiyi böyük bir cinayətdir. 1992-ci ilin fevral ayının 25–dən 26–na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərində soyqırım həyata keçirdilər. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif dinc sakin aldığı güllə yarasından əlil oldu, yüzlərlə sakin girov götürüldü, itkin düşdü. Aradan neçə illər keçsə belə, bu faciə unudulmayacaq. Ali baş komandan cənab İlham Əliyevin apardığı doğru siyasət nəticəsində dünyanın bir çox ölkələri Xocalı faciəsini pisləmiş, bu cür vəhşilikləri qınamışlar.

Bu gün biz və bizdən sonra gələcək nəsillər bu faciəni unutmamalıdır.

 

Digər məlumatlar

FHN-in Akademiyasında təlim-məşğələ keçirilib

14 noyabr 2019-cu il tarixdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi və Baş Prokurorluğun əməkdaşları tərəfindən......

Ardını oxu

FHN-in karate komandasının üzvləri Beynəlxalq turnirdə mükafat qazanıb

9-10 noyabr 2019-cu il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Kyoukşin Karate üzrə Beynəlxalq turnir keçirilib. 300-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin komandası məşqçi müəllimi Qabil Sayadovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

13 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Səbail rayonunda yerləşən “Badamdar“ otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Cəngi...

Ardını oxu