Geri

FHN Qarabağ Regional Mərkəzində 26 fevral- «Xocalı soyqırımı Günü»-nün 22-ci ildönümü münasibəti ilə toplantı keçirilmişdir

Tədbirdə Qarabağ Regional Mərkəzinin şəxsi heyəti ilə yanaşı, FHN-nin yerli qurumlarının əməkdaşları da iştirak etmişlər. İştirakçılar soyqırım qurbanlarının əziz xatirəsini dərin hüznlə yad etdikdən sonra toplantı öz işinə başlamışdır. Natiqlər zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açmış, XX əsrin müxtəlif çağlarında Azərbaycan xalqının məruz qaldığı terrorlardan, genosid və soyqırım hadisələrindən bəhs etmişlər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecəsi törədilmiş erməni vəhşiliyinin bariz nümunəsi olan Xocalı soyqırımı haqqında ətraflı məlumatlar verilmiş, bəşəriyyət, insanlıq və humanizm tarixinə qara ləkə olan faciənin ermənilərin regionun aborigen əhalisi olan Azəri türklərinə qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olduğu bildirilmişdir. Çıxış edən Mərkəz  əməkdaşları Soyqırım nəticəsində erməni silahlıları tərəfindən yüzlərlə soydaşımızın vəhşicəsinə öldürüldüyünü, cəsədlərinin təhqir edildiyini, əsir və girovlara ağlasığmaz işgəncələrin verilməsi faktlarını sadalamışlar. Erməni şovinistlərinin bu hərəkətlərinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Cenevrə Konvensiyasının və Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinin müddəalarına zidd hərəkət olmasını qeyd etmişlər.  

Natiqlər faciənin dünya çapında yayılması yönümündə Azərbaycan Respublikası tərəfindən çox mühüm işlər görüldüyünü qeyd etmiş, bu sahədə atılan addımların şəxsən Respublika Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar. Çıxış edənlər bu sahədə görülən işlərin nəticəsi kimi bir neçə xarici ölkə parlamentinin və ABŞ-nın bəzi ştatlarının qanunverici orqanları tərəfindən Xocalı faciəsinin müzakirə edildiyini, soyqırım aktını, eləcə də dinc, günahsız  əhalinin fiziki cəhətdən məhv edilməsi faktlarını qəti olaraq pisləyərək, qətnamə və bəyanat qəbul etdiklərini bildirmişlər.

Yekunda tədbir iştirakçıları Azərbaycan Respublikasının bu günkü hərtərəfli inkişafı, xüsusilə hərbi qüdrətinin durmadan artması, müasir döyüş texnikaları ilə təchiz edilməsinin məntiqi nəticəsi olaraq, yaxın gələcəkdə Ali Baş Komandan İlham Əliyev cənablarının əmri və başçılığı ilə bütün işğalda olan torpaqlarımız azad ediləcəyinə böyük inam ifadə etmişlər.

Çıxışlardan sonra tədbir öz işini yekunlaşdırmışdır.

Digər məlumatlar

FHN-in Akademiyasında təlim-məşğələ keçirilib

14 noyabr 2019-cu il tarixdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi və Baş Prokurorluğun əməkdaşları tərəfindən......

Ardını oxu

FHN-in karate komandasının üzvləri Beynəlxalq turnirdə mükafat qazanıb

9-10 noyabr 2019-cu il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Kyoukşin Karate üzrə Beynəlxalq turnir keçirilib. 300-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin komandası məşqçi müəllimi Qabil Sayadovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

13 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Səbail rayonunda yerləşən “Badamdar“ otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Cəngi...

Ardını oxu