Geri

“Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasətinin qanlı faciəsidir” mövzusunda anım tədbiri Şimal Regional Mərkəzində keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində 2014-cü il fevralın 26-da Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir. Tədbirdə Şimal Regional Mərkəzinin şəxsi heyəti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin Şimal regionu üzrə şöbəsinin əməkdaşları da iştirak etmişlər.

Tədbir Xocalı soyqırımının qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Sonra mərasimdə nitq söyləyən əməkdaşlar qeyd etdilər ki, 366-cı motoatıcı diviziyanın köməkliyi ilə erməni daşnaqları tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, Xocalıda törədilən soyqırıma bugünədək beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymət verilmədiyi bildirilmiş, ermənilər tərəfindən dövlət səviyyəsində yürüdülən terror siyasətindən nəticə çıxararaq, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əməli işlər görülməsinin əhəmiyyəti vurğulanmışdır.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

15 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Centiral Park” otelində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Masallı şəhər 3 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib

13-15 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və FHN işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib. ...

Ardını oxu