Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdr

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən 26 noyabr 2014-cü il tarixində Sumqayıt şəhər 5 nömrəli orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

FHN Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt şəhər Təhsil Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən şəhərin təhsil ocaqlarında keçirilən  maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirin nəzəri hissəsində “Fövqəladə hallar zamanı davranış qaydaları”,  “Məişətdə qaz cıhazlarından təhlükəsizliyi necə təmin etməli”, “Elektriklə davranış qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır”  mövzularında çıxışlar edilmişdir.

Daha sonra “Dəm qazı və ya gözəgörünməz qatil” mövzusunda  Fövqəladə Hallar Nazirliyinin hazırladığı videoçarx nümayiş olunmuşdur. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdir. İştirakçılara maarifləndirmə xarakterli təbliğat materialları, bukletlər paylanılmışdır.

Tədbirin praktiki hissəsində məktəbin həyətində Sumqayıt Regional Mərkəzinin qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadə qaydaları haqqında məlumat verilmişdir.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 23 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 22 fevral 2018-ci il tarixində Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 22 fevral 2018-ci il tarixində Səbail rayonunda yerləşən 7 nömrəli tam orta məktəbdə yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir.  ...

Ardını oxu