Geri

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

26 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq “Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları  və qurumlar qarşısında duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Seminar-müşavirədə Sumqayıt şəhərinin Mənzil-kommunal istismar sahələri, bələdiyyələr, Qaz istismarı, Enerji təchizatı və satışı idarələrinin nümayəndələri, təhsil və səhiyyə işçiləri iştirak etmişdir.

Tədbirdə yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yeri icra hakimiyyəti orqanları qarşısında  duran vəzifələr açıqlanmışdır. Seminar-müşavirədə xüsusi olaraq vurğulanmışdır ki, elektrik, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik qaydalarına əməl olunması, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, vətəndaşlara ziyan vurulmasına səbəb olan  pozuntuların qarşısının alınması istiqamətində təxirəsalınmadan qabaqlayıcı tədbirlərin həyata keçirilməsi prioritet məsələlərdəndir.   

Seminar-müşavirədə “Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı”,“Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri”  mövzularında çıxışlar dinlənilmiş, “Dəm qazından ehtiyatlı olun!” adlı qısametrajlı film nümayiş olunmuşdur.

Əhali arasında yanğına qarşı təbliğat işində istifadə olunması üçün yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri seminar-müşavirə iştirakçılarına paylanmışdır.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış evlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 13-15 noyabr 2017-ci il tarixilərində paytaxtın Səbail, Xətai və Nizami rayonlarının və Abşeron rayonunun Xırdalan şəhərindəki yaşayış binalarındakı mənzillərdə sakinlər......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi taktiki-xüsusi təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 noyabr 2017-ci il tarixində Liman şəhər Neft Bazasında “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirmişdir. ...

Ardını oxu

FHN-in qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və FHN-in İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı ilə 16-17 noyabr 2017-cı il tarixlərində nazirliyin qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilmişdir. ...

Ardını oxu