Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

25 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Şəki Tibb Kollecində “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları, payız-qış mövsümündə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Kollecin müəllim, həkim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Şimal-qərb Regional Mərkəzinin və  Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları çıxışlar etmişdir. Dinləyicilərə fövqəladə halların yaranma səbəbləri və onlardan mühafizə üsulları, ərazi üçün xarakterik olan təbii fəlakətlər, bu zaman davranış qaydaları, ehtimal olunan təbii və ya texnogen qəzaların qarşısının alınmasında, xəbərdar edilməsində maariflənmənin əhəmiyyəti, mülki müdafiə, nəqliyyat qəzaları, qaz təsərrüfatında yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri, müəssisələrin təxliyyə planlarının hazırlanması, “112” qaynar telefon xətti və sair mövzular haqqında geniş məlumat verilmişdir. Çıxışlardan sonra “Dəm qazından ehtiyatlı olun!”, “Zəlzələ zamanı, ondan əvvəl və sonra nə etməli?” adlı qısametrajlı filmlər nümayiş olunmuşdur.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi seminar- müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 15 avqust 2018-ci il tarixində Qusar rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar- müşavirə keçirmişdir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 15 avqust 2018-ci il tarixində “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin......

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının iştirakı ilə 14 avqust 2018-ci il tarixində Şəki rayon Kiçik Dəhnə kənd Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirə xəstəxananın tibbi heyəti......

Ardını oxu