Geri

FHN-in Bakı Regional Mərkəzi Suraxanı Rayon İcra Hakimiyyətində müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Bakı şəhərinin rayon icra hakimiyyətlərində “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda silsilə tədbirləri davam etdirir.

Növbəti belə tədbir cari ilin noyabrın 25-də Suraxanı Rayon İcra Hakimiyyətində keçirilmişdir.

Müşavirənin işində FHN Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və   Dövlət Yanğından Mühafizə Xidmətlərinin, eləcə də Mülki Müdafiə Qoşunlarının əməkdaşları, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə və mənzil istismar sahələrinin nümayəndələri iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Rəşad Hacıyev rayon ərazisində yanğın təhlükəsizliyi sahəsində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat vermişdir. 

FHN Bakı Regional Mərkəzi rəisinin müavini Tale Şamçıyev vurğulamışdır ki, insanlar yanğın təhlükəsizliyi məsələlərinə diqqətlə yanaşmalı, aidiyyəti qurumlar isə mövcud problemlərin həlli istiqamətində fəal iş aparmalıdır.

Müşavirədə FHN Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və  Dövlət Yanğından Mühafizə Xidmətlərinin əməkdaşları “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları” mövzularında çıxışlar etmişlər. Çıxışlar zamanı rayon ərazisindəki bəzi yerlərdə qanunsuz olaraq basdırılan dəmir dirəklərin şəkilləri nümayiş etdirilmiş, onların müntəzəm olaraq kəsilərək aradan qaldırılmasına baxmayaraq vətəndaşlar tərəfindən yenidən bərpa edildiyi vurğulanmışdır.

Rayonun  Mənzil Komunal Təsərrüfat Birliyinin, Qaz İstismar Sahəsinin, Enerji Təchizatı və Satışı İdarəsinin, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının nümayəndələri müvafiq olaraq “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etmişlər.

Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar da nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində Füzuli rayonu Musiqi təmayüllü Gimnaziyasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində Gəncə şəhəri 46 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yardımlı rayonu Sırıq kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu