Geri

FHN-in Gəncə Regional Mərkəzi Daşkəsən rayonunda maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları 20 noyabr 2014-cü il tarixində Daşkəsən rayonu, Bayan kənd orta məktəbində “Qış mövsümündə təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə payız-qış mövsümü ilə əlaqədar olaraq qızdırıcı və işıqlandırıcı cihazlardan daha çox istifadə olunduğu üçün şagirdlərin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyəti qeyd edilmişdir. Şagirdlərə qızdırıcı və işıqlandırıcı cihazlarla davranarkən təhlükəsizlik qaydaları izah olunmuşdur. Dəm qazından zəhərlənmənin əlamətləri, ondan qorunma yolları, ilkin tibbi yardım qaydaları haqqında da məlumat verilmişdir.

Tədbirdə, həmçinin, “112” qaynar xətti ilə iihansı hallarda əlaqə saxlamaq lazımdır?”, “Zəlzələ zamanı davranış qaydaları ”, “Fəlakətlər zamanı ətrafdakı  insanlara kömək et”, “Qar və buz uzərində hərəkət qaydaları”, “Yanğından qorunun” mövzularında çıxışlar edilmişdir.

Sonda şagirdlərin sualları cavablandırılmışdır.

 

Digər məlumatlar

Gəncədə “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə 22 iyun 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirmişdir....

Ardını oxu

Füzuli rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir

FHN Qarabağ Regional Mərkəzi 22 iyun 2018-ci il tarixində Füzuli rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

22 iyun 2018-ci il tarixində  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu