Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Şirvan şəhərində seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti payız-qış mövsümünün başlanması ilə əlaqədar növbəti maarifləndirmə tədbirini Şirvan şəhərində keçirmişdir.

“Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: yerli icra hakimiyyəti orqanları  və qurumlar qarşısında duran vəzifələr” mövzusunda keçirilən seminar-müşavirədə Şirvan şəhərinin və Hacıqabul rayonunun Mənzil-kommunal təsərrüfatı birlikləri, Mənzil- kommunal istismar sahələri, bələdiyyələr, Qaz istismar, Enerji təchizatı və satışı idarələrinin nümayəndələri, təhsil və səhiyyə işçiləri  iştirak etmişdir.

Maarifləndirmə tədbirində yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar yeri icra hakimiyyəti orqanları qarşısında  duran vəzifələr açıqlanmışdır. Seminar-müşavirədə xüsusi olaraq vurğulanmışdır ki, elektrik, qaz təchizatı və istehlakı sahəsində təhlükəsizlik qaydalarına əməl olunması, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və bədbəxt hadisələrlə nəticələnən, vətəndaşlara ziyan vurulmasına səbəb olan qanun pozuntularının qarşısının alınması istiqamətində müvafiq icra strukturları və dövlət təsisatları tərəfindən təxirə salınmadan qabaqlayıcı tədbirlərin həyata keçirilməsi prioritet məsələdir.   

 Seminar-müşavirədə “Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı”, “Elektrik təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi tədbirləri”  mövzusunda çıxışlar dinlənilmiş, “Dəm qazından ehtiyatlı olun!” adlı qısametrajlı film nümayiş olunmuşdur.

Əhali arasında yanğına qarşı təbliğat işində istifadə olunması üçün yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş vərəqələri seminar-müşavirə iştirakçılarına paylanmışdır. 

 

                                        

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 20 oktyabr 2017-ci il tarixində Kürdəmir rayon 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi respublikada keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində 20 oktyabr 2017-ci il tarixində Gəncə şəhəri Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi tədbir keçirmişdir

20 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “GilanTexstil Park” MMC-də “Baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, xilasetmə işinin təşkili zamanı peşəkarlığın artırılması və nəticələrin aradan qaldırılmasında Nazirliyin yerli qurumları ilə əlaqənin təşkili” mövzusunda tədbir keçirmişdir....

Ardını oxu