Geri

FHN-in Cənub Regional Mərkəzi Lerik Rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirmişdir

27 oktyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Lerik Rayon İcra Hakimiyyətində "Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi"   mövzusunda seminar-müşavirə keçirmişdir.

Seminarın işində FHN-in regionda fəaliyyət göstərən yerli qurumlarının, Lerik Rayon İcra Hakimiyyətinin, rayonun müvafiq idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılqılı fəaliyyətin gücləndirilməsi məqsədi ilə müvafiq rayon idarə və müəssisələrinin rəhbərləri ilə birgə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən mütəmadi olaraq keçirilən seminar-müşavirələrin, “dəyirmi masa”ların vacibliyi bildirilmiş və bu kimi tədbirlərin qarşılıqlı fəaliyyətin gücləndirilməsi işinə böyük təsir göstərəcəyi qeyd olunmuşdur.

Müşavirənin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması, eləcə də baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, eləcə də rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələr ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur.

Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatı, aşma təhlükəsi olan iri gövdəli ağacların, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaq və maye qaz doldurma məntəqələrinin, yüksək gərginlikli elektrik, orta və yüksək təzyiqli qaz xətlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması, meşə zolaqlarında yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması istiqamətində görüləcək işlərin vacibliyi barədə geniş məlumat verilmişdir.

Seminar-müşavirədə FHN Cənub Regional Mərkəzinin fəaliyyət istiqamətləri, meşə zolaqlarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi, dəm qazından zəhərlənmə hallarının yaranma səbəblərinə dair videoçarxlar və fotoslaydlar nümayiş olunmuş, "Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!", "Hansı hallarda “112” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır?", "İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!", “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “İdarə və müəssisələrdə yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış xəbərdarlıq vərəqələri və yaddaş kitabçaları paylanılmış, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

“Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 7 dekabr 2017-ci il tarixində Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlim kecirmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat xarakterli növbəti tədbiri 6 dekabr 2017-ci il tarixində paytaxtın Sabunçu rayonunda yerləşən Şuşa rayon Malıbəyli kənd orta məktəbində keçirmişdir.  ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 7 dekabr 2017-ci il tarixində Gəncə şəhəri Məhəmməd Füzuli adına 22 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu