Geri

FHN Bakı Regional Mərkəzi Nəsimi Rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirmişdir

28 oktyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Mülki Müdafiə Qoşunları əməkdaşlarının, rayonun aidiyyəti xidmətlərinin, təhsil müəssisələri rəhbərlərinin, bələdiyyə və mənzil istismar sahələrinin nümayəndələrinin iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətində “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda növbəti seminar-müşavirə keçirmişdir. 

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev bu cür tədbirlərin vacibliyini  qeyd etmiş, müşavirədə iştirak edən bütün qurum və təşkilat rəhbərlərinin əldə etdikləri bilikləri başçılıq etdikləri sahələrdə çalışan əməkdaşlara da çatdırmalarının zəruri olduğunu vurğulamışdır.

FHN Bakı Regional Mərkəzi Operativ məlumat şöbəsinin rəisi polkovnik-leytenant Vaqif  Teymurov çıxışında vurğulamışdır ki, rayonun aidiyyəti qurumlarının birgə fəaliyyəti ilə aparılacaq maarifləndirmə işi yanğın və dəm qazı zəhərlənmələri kimi bədbəxt hadisələrin sayını minimuma endirə bilər.

Müşavirədə Mərkəzin əməkdaşları ilə yanaşı, müvafiq strukturların nümayəndələrinin “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında etdikləri çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Müşavirədə rayon ərazisindəki bir çox yerdə yanğın hadisələri zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının  əraziyə daxil olmasına maneə yaradan dəmir dirəklərin və şlaqbaumların artıq söküldüyü, binalararası beton maneələrin yığışdırıldığı qeyd olunmuş, eləcə də  mövcud olan bir sıra problemlər və onların həlli istiqamətində görüləcək işlər barədə məlumat verilmişdir.

Sonda Nəsimi RİHB-nın müavini Anar Tağıyev keçirilən tədbirin təşkili ilə əlaqədar Bakı Regional Mərkəzinə və Fövqəladə Hallar Nazirliyinin qurumlarına öz təşəkkürünü bildirmişdir.

Müşavirənin gedişində yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videomateriallar da nümayiş olunmuşdur.

 

 

 

Digər məlumatlar

“Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 7 dekabr 2017-ci il tarixində Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlim kecirmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat xarakterli növbəti tədbiri 6 dekabr 2017-ci il tarixində paytaxtın Sabunçu rayonunda yerləşən Şuşa rayon Malıbəyli kənd orta məktəbində keçirmişdir.  ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 7 dekabr 2017-ci il tarixində Gəncə şəhəri Məhəmməd Füzuli adına 22 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu