Geri

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Litvanın Səhiyyə Nazirliyinin Radiasiyadan Qorunma Mərkəzi və Layihələrin İdarə edilməsi üzrə Mərkəzi Agentliyi ilə birgə masaüstü təlim keçirmişdir

28 oktyabr 2014-cü il tarixində Avropa İttifaqı ilə həyata keçirilən “Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərin inkişaf etdirilməsi” Tvininq layihəsi çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfdaş olduğu Litva Respublikası Səhiyyə Nazirliyinin Radiasiyadan Qorunma Mərkəzi və Layihələrin İdarə edilməsi  üzrə Mərkəzi Agentliyi ilə birgə “Heydər Əliyev Beynəlxalq Aeroportunda qəsdən “çirkli bomba” partladıldığı halda mülki müdafiə strukturlarının hərəkəti” mövzusunda masaüstü təlim keçirmişdir. Təlim 2015-ci ildə  keçiriləcək “Bakı 2015 Avropa Oyunlarına” hazırlıqla əlaqədar təşkil edilmişdir.

Masaüstü təlimin əsas məqsədi müvafiq qurumların baş verə biləcək hər hansı böyük radioloji qəza hallarında cavab tədbirlərinin həyata keçirilməsinə dair hazırlığının gücləndirilməsi olmuşdur.  

Təlimə Fövqəladə Hallar,  Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin,  Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq  strukturları və Heydər Əliyev Beynəlxalq aeroportunun Təhlükəsizlik İdarəsinin əməkdaşları cəlb olunmuşlar.

Təlimin rəhbəri, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis əvəzi Vüqar Hüseynov və təlimin koordinatoru, Litva Radiasiyadan Qorunma Mərkəzinin şöbə müdiri Danute Şidişkenenin sədrlik etdikləri masaütü təlimdə radioloji qəza şəraitində cavabvermə tədbirlərinin ümumi idarə olunması, əhali və kütləvi informasiya vasitələrinin məlumatlandırılması, ətraf mühitin yüksək radioloji çirklənməsi zamanı müvafiq orqan və təşkilatların birgə fəaliyyət göstərməsi, radioloji qəzaların nəticələrinin aradan qaldırılması zamanı ətraf mühit və insanların radioaktiv çirklənməsinin qiymətləndirilməsi və radioaktiv maddələrin təsiri nəticəsində xəsarət almış, şüalanmaya və ya radioloji çirklənməyə məruz qalmış şəxslərə tibbi yardım göstərilməsinə hazırlıq məsələləri, həmçinin, 

beynəlxalq yardım alınması üçün müraciət qaydası qiymətləndirilmişdir.

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 14 avqust 2018-ci il tarixində Beyləqan şəhər 2 nömrəli Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 10 avqust  2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Zərdab rayon Telekommunikasiya Qovşağında "Fövqəladə hallarla bağlı davranış qaydaları"  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN-in Cənub Regional Mərkəzi 10 avqust 2018-ci il tarixində Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu