Geri

FHN Şimal Regional Mərkəzi nəzəri-praktiki maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları aylıq Kompleks Tədbirlər planına əsasən qış mövsümü ilə əlaqədar baş verə biləcək fövqəladə hadisələrlə bağlı 29 yanvar 2014-cü il tarixində Qusar rayonu, Çiləgir kənd orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda növbəti nəzəri-praktiki maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin təbii və texnogen mənşəli fövqəladə hallardan necə qorunmalı, özünə və digərlərinə necə kömək etməli, ilkin  tibbi yardımın göstərilməsi və yanğın təhlükəsizliyi sahəsində davranış qaydaları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə Şimal Regional Mərkəzinin əməkdaşları ilə yanaşı Qusar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Qusar Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları və məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.     

Tədbirin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, fövqəladə halların yaranma səbəbləri, Şimal Regional Mərkəzinin regionda fəaliyyət göstərən təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, “112” qaynar xətti, zəlzələ, qar uçqunları, daşqınlar, torpaq sürüşməsi və nəqliyyat qəzaları kimi təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış qaydaları, yanğınların başvermə səbəbləri və yanğınların qarşısının alınması zamanı həyata keçirilən işlər, təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları, müəllim və şagirdlərin bu istiqamətdə təlimatlandırılması haqqında ətraflı məlumatlar verilmiş, həmçinin, dəm qazının yaranma səbəbləri və dəm qazından zəhərlənmə zamanı davranış mövzusunda videoslayd nümayiş olunmuşdur.

Tədbirin praktiki hissəsində Qusar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən yanğının söndürülməsi zamanı istifadə olunan müasir yanğınsöndürmə texnikası və üsulları, “Nissan Patrol” markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu müasir alət və avadanlıqlar, axtarış və qəza-xilasetmə əməliyyatları zamanı istifadə olunan müvafiq texnika və avadanlıqlar haqqında məlumat verilmiş və onların istifadə qaydaları praktiki olaraq nümayiş olunmuşdur.

Qusar Mərkəzi Rayon Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən isə ilkin tibbi yardımın göstərilməsi qaydaları, müvafiq tibbi yardım avadanlığı və vasitələri əyani olaraq tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Mərkəz əməkdaşları tərəfindən məktəbin elektrik təsərrüfatına və mövcud ehtiyat çıxış yollarına baxış keçirilmiş və məktəb rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Tədbirin sonunda müəllim və şagirdləri maraqlandıran suallar Mərkəz əməkdaşları tərəfindən cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində Füzuli rayonu Musiqi təmayüllü Gimnaziyasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində Gəncə şəhəri 46 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yardımlı rayonu Sırıq kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu