Geri

FHN Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

29 yanvar 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi Ə.Vahid adına 1 saylı orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

FHN Sumqayıt Regional Mərkəzi ilə Abşeron rayon Təhsil şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən rayonun təhsil ocaqlarında keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsinə və məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndələri, Abşeron rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar etmişdir.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Dəm qazı və ya gözəgörünməz qatil” adlı videoçarx nümayiş olunmuşdur. Tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirin praktiki hissəsində məktəbin həyətində FHN Sumqayıt Regional Mərkəzinin qüvvə və texnikalarına baxış keçirilmiş, onların təyinatı və istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.

 

 

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 19 iyul tarixində 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 18 iyul 2018-ci il tarixində Abşeron rayon ərazisində yerləşən istirahət mərkəzlərində və parklarda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri həyata keçirmişdir. ...

Ardını oxu