Geri

FHN Cənub Regional Mərkəzində regional seminar-müşavirə keçirilmişdir

2014-cü ilin yanvar ayının 28-də Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda regional seminar-müşavirə keçirilmişdir.

Seminarın işində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin, Lənkəran Regional Hidrometeorologiya müəssisəsinin, Lənkəran rayon Təhsil şöbəsinin, Qaz istismarı idarəsinin, Elektrik şəbəkəsinin, Mərkəzi Xəstəxananın, Polis şöbəsinin, Mənzil Kommunal-Təsərrüfat İstehsalat Birliyinin və Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişlər.

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2014-cü il üçün qarşıya qoyduğu tapşırıqlarla əlaqədar görüləcək tədbirlərin həyata keçirilməsi zamanı Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi” mövzusunda çıxış edən Cənub Regional Mərkəzinin əməkdaşı Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 2014-cü il ərzində görüləcək işlər barədə məlumat vermiş və hazırkı dövrdə fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən danışmışdır.

Tədbir zamanı dövlət və bələdiyyə mülkiyyətində olan ərazilərdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin məqsədli təyinatı, aşma təhlükəsi olan iri gövdəli ağacların, avtomobil və dəmir yollarının, hidrotexniki qurğuların, yanacaqdoldurma məntəqələrinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması, Mərkəzin xidməti ərazisində baş vermiş suda boğulma hadisələrinin səbəbləri, təhlükəli ərazilərdən vətəndaşlar tərəfindən çimərlik kimi istifadə olunmasının qarşısının alınması istiqamətində görüləcək işlərin vacibliyi barədə geniş məlumat verilmişdir.

Sonra müvafiq idarə və müəssisələrin nümayəndələrinin məlumatları dinlənilmişdir. Çıxışlarda irəli sürülən müddəaların interaktiv formatda konseptual təhlili keçirilmiş, qeyd olunan məsələlərin həlli istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verilmişdir.

Tədbirin sonunda “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!” mövzularında hazırlanmış vərəqə və yaddaş kitabçaları paylanılmış, Mərkəzin fəaliyyəti, regionun torpaq sürüşməsi sahələri, yanğın-partlayış hadisələrinin törətdiyi fəsadlar, su obyektləri, hidrotexniki qurğular və yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən fərdi yaşayış evləri, fərdi yaşayış evlərinin qəzalı vəziyyətə düşmə səbəbləri və müxtəlif təyinatlı obyektlərlə bağlı fotoslaydlar göstərilmiş, məruzəçilər tərəfindən suallar ətraflı cavablandırılmışdır.

 

 

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Əlincə qalasına yürüş təşkil etmişdir

16 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının bir qrup komitə sədrləri Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə cəsarət, möhkəm iradə və sarsılmazlığın rəmzinə çevrilən, 1800 metr yüksəklikdə yerləşən Əlincəqalaya yürüş təşkil......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2018-ci il iyul ayının 17-dən 19-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Yevlax, Ucar və Tərtər rayonlarında  yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirmiş, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, Xidmət tərəfindən bu məqsədlə hazırlanmış yaddaş......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 19 iyul 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Göyçay rayon Suvarma sistemləri idarəsinin kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu