Geri

Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat üzrə çempionat keçirilmişdir

21-25  yanvar 2014-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində nazirliyin qurumları arasında Azərbaycanın məşhur şahmatçısı, ölkə və Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilmişdir. FHN-in İdman-sağlamlıq Klubunun təşkilatçılığı ilə keçirilən turnirdə 24 qurumun 100-ə yaxın əməkdaşı iştirak etmişdir. Tədbirin final mərhələsinin açılışında FHN-in İdman-sağlamlıq Klubunun rəisi Füzuli Musayev, mərhum Vüqar Həşimovun atası Qasım Həşimov, Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov iştirak etmişlər.

Yarışları beynəlxalq dərəcəli baş hakimlər Bəxtiyar Rüstəmov vəVitali Sopranov, respublika dərəcəli hakim Azər Abdullayev və I dərəcəli hakim Anar Ələkbərov izləmişlər. Yarışda komanda hesabında Dövlət Yanğından Mühafizə Xidməti birinci, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ikinci, Fövqəladə Hallar Nazirliyinin Akademiyası 3-cü yerə çıxmışdır.

Fərdi yarışlarda isə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının əməkdaşı Ramiz İsgəndərov birinci yerə sahib olmuşdur. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Elçin Əsədov ikinci, Şimal-qərb Regional Mərkəzinin əməkdaşı Dəyanət Məmmədov isə 3-cü nəticə göstərmişdir. Oyun başa çatdıqdan sonra fəxri qonaqların iştirakı ilə mükafatlandırma mərasimi keçirilmişdir. Qaliblər həm komanda, həm də fərdi şəkildə təltif olunmuşlar. Yarışın bağlanış mərasimində FHN İdman-sağlamlıq klubunun rəisi Füzuli Musayev, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov çıxış edərək Vüqar Həşimovun Azərbaycan idmanına verdiyi böyük töhfələrdən danışmış, qalibləri təbrik etmişlər. Qasım Həşimov oğlunun xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə minnətdarlığını bildirmiş və bu cür yarışların davamlı olmasını arzulamışdır.

 

 

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 20 aprel tarixində Xətai rayonu 264 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 20 aprel 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Goranboy rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 19 aprel 2018-ci il tarixində Göygöl rayonu Yeni Qızılca kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu