Geri

FHN Bakı Regional Mərkəzi “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda nəzəri-praktik tədbirləri davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi yanvar ayının 24-də Yasamal rayonundakı 21 nömrəli orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının, Bakı şəhər Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları iştirak etmişlər.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olmuşdur.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxış edərək tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları, partlayışlar və sairlə bağlı ətraflı məlumat vermişlər.

Çıxışlardan sonra məktəbin müəllim və şagird heyətinə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu, eləcə də dəm qazı zəhərlənmələri ilə mübarizə ilə bağlı videoçarxlar nümayiş etdirilmişdir.

Daha sonra tədbir iştirakçılarına zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəcik nümayiş etdirilmişdir. Əvvəlcə, şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilmişdir. Bu səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın göstərilməsi öz əksini tapmışdır.

Tədbirin gedişində məktəb şagirdlərinin fövqəladə hallar və FHN-lə bağlı hazırladıqları şeirlər alqışlarla qarşılanmışdır.

Praktik hissə zamanı məktəbin həyətində Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən “Sprinter” (Mercedes BENZ) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, Dövlət Sularda Xilasetmə Xidmətinin akvalanq, xilasetmə və üzmə vasitələri, Mülki müdafiə qoşunlarının fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri, Xüsusi Riskli Xilasetmənin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqları, xüsusi kinologiya avtomobili, eləcə də Tibb Xidmətinin əməkdaşları tərəfindən maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Bundan əlavə, məktəbin həyətində qoyulması simulyasiya edilmiş partlayıcı qurğu Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılmış və pirotexnik tərəfindən zərərsizləşdirilməsi məqsədilə ərazidən uzaqlaşdırılmışdır.

Tədbir Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatmışdır.

 

 

Digər məlumatlar

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsi beynəlxalq təlimdə uğurla iştirak etmişdir

8-11 oktyabr  2018-ci il tarixlərində Serbiya Respublikasının Mladenovac və Aranjelovaç şəhərlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzinin fəlakət nəticələrinin idarəolunması sahəsində “Serbiya-2018” təlimi keçirilmişdir. Serbiya Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə keçirilən təlim NATO-nun Avro-Atlantik Fəlakətlərin İdarə olunması Mərkəzinin keçirdiyi 18-ci təlimdir. ...

Ardını oxu

FHN işçilərinin Həmkarlar İttifaqı yanğınsöndürmə xidmətinin əməkdaşı olmuş Milli Qəhrəmanların məzarlarını ziyarət etmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə  Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə Yanğından Mühafizə Xidmətinin əməkdaşı olmuş,  Azərbaycan torpaqları uğurunda qəhrəmancasına fədakarlıq göstərərək həyatlarını fəda etmiş Azərbaycanın Milli Qəhrəmanları  Əsədov Malik Hamil oğlunun və Niftəliyev Cəmil Səmədxan oğlunun məzarları ziyarət olunmuş və şəhidlərin ailələrinə baş......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 12 oktyabr 2018-ci il tarixində Göyçay rayon 27 nömrəli Ağdam tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu