Geri

FHN Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 22 yanvar 2014-cü il tarixində Masallı rayonunun Bədəlan kənd orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı və yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir” mövzusu çərçivəsində maarifləndirmə tədbiri keçirmişdir.

Keçirilən təbliğat xarakterli tədbirdə Masallı rayon Təhsil şöbəsinin nümayəndələri, Masallı rayonunun Bədəlan kənd orta məktəbinin şagirdləri, müəllim kollektivi və valideynlər iştirak etmişlər.

Tədbirdə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin maarifləndirilməsi məqsədilə “İldırım, ildırım hadisəsinin yaranma səbəbləri və yağışlı-şimşəkli havada ildırımdan qorunmaq üçün nə etməli”, “Yanğınların başvermə səbəbləri və yanğına qarşı mübarizə metodları”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir” və “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzularında məlumatlar verilmiş və tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisəsində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.   

Daha sonra təhsil müəssisəsinin ərazisinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, məktəb binalarının təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, eləcə də yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yeniləri ilə əvəz olunmasının vacibliyi bir daha məktəb rəhbərliyinin diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Mənzili tərk etdikdə qaz və elektrik cihazlarını söndürün!”, “Qaz və elektrik cihazlarını nəzarətsiz qoymayın!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmış, dəm qazından zəhərlənmə hallarının yaranma səbəblərinə dair videoçarx nümayiş olunmuş və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 15 yanvar 2019-cu il tarixində Bərdə şəhər 5 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi metodiki toplanış keçirmişdir

FHN-in Bakı Regional Mərkəzi 11 yanvar 2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyətində “Nəsimi rayonunda mülki müdafiənin vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış keçirmişdir. ...

Ardını oxu

FHN-nin Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 11 yanvar 2019-cu il tarixində Zərdab rayon Şıxəli Qurbanov adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu