Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

30 sentyabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Laçın rayonu Mişni kənd orta məktəbində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir“ mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Məktəb kollektivinin və yerli əhalinin iştirak etdiyi maarifləndirmə tədbirində əməkdaşlar “Fövqəladə Hallar Nazirliyinin yaradılma zərurəti. Onun qurumları və fəaliyyət növləri”, “Fövqəladə halların xarakteristikası. Terror - fövqəladə halların bir növü kimi”, “Zəlzələ zamanı davranış qaydaları” mövzularında geniş məlumatlar vermişlər. Məruzəçilər “112 qaynar telefon xətti” ilə əlaqə saxlamağın qaydaları haqda da söhbət aparmışlar.

Nəzəri hissənin sonunda məktəblilərə “Yanğınlar zamanı panikanın qarşısının alınması üsulları” mövzusunda hazırlanmış broşürlər paylanmışdır.

Digər məlumatlar

FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər

20-22 noyabr 2019-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin idman arenasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının kişilər və qadınlar arasında “Açıq Bakı çempionatı” keçirilib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları “Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsində iştirak ediblər

21 noyabr 2019-cu il tarixində Gəncə şəhərində yerləşən “EMON” otelində Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirib...

Ardını oxu

FHN-nin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 21 noyabr 2019-cu il tarixində Tərtər rayon Qaradağlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.  ...

Ardını oxu