Geri

FHN Şimal-qərb Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 27 sentyabr 2013-cü il tarixində İsmayıllı rayon İcra Hakimiyyətində rayon ərazisində “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, əhalinin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar-müşavirə keçirmişdir.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini-fövqəladə hallar komissiyasının sədri, Dövlət Yanğın Nəzarəti Şöbəsinin, Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları,  rayonun digər idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri və üzvləri iştirak etmişlər.

Tədbirdə Regional Mərkəzin əməkdaşları “Fövqəladə hal anlayışı”, “Mülki müdafiə”, “Texnogen qəzalar”, “Fərdi mühafizə vasitələri”, “Yanğın və yanğın təhlükəsizliyi”, “Partlayış, kimyəvi zəhərlənmə və radioaktiv şüalanma təhlükəsindən necə mühafizə olunmalı”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “112” zəng xidmətindən hansı hallarda istifadə etmək olar” və sair mövzularında çıxışlar etmişlər.

Daha sonra tədbir iştirakçıları ilə ərazidə olan mövcud vəziyyət və görülməsi vacib olan təhlükəsizlik tədbirləri müzakirə olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi növbəti taktiki-xüsusi təlim keçirib

21-22 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 22 noyabr 2019-cu il tarixində FHN-in bu regionlarda fəaliyyət göstərən digər qurumları ilə birgə Zərdab rayonu Çallı kənd tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 22 noyabr 2019-cu il tarixində Suraxanı Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu