Geri

Xaçmaz şəhərində maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları 27 sentyabr 2013-cü il tarixində maarifləndirmə tədbirləri planına əsasən, payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək fövqəladə hadisələrlə bağlı Xaçmaz şəhəri 6 saylı orta məktəbində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

FHN-in Şimal Regional Mərkəzi ilə Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı orta məktəb arasında razılaşdırılmış tədbirlər planına əsasən keçirilən maarifləndirmə tədbirində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı davranış qaydaları, baş verə biləcək yanğın, partlayış və digər fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Şimal Regional Mərkəzinin, Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğından Mühafizə Hissəsinin, Xaçmaz rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının tibb personalı və Xaçmaz şəhər 6 saylı orta məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.

Tədbirdə fövqəladə halların növləri, qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydaları və dəm qazından zəhərlənmə halı baş verdikdə davranış qaydaları barədə geniş məlumat verilmiş, fövqəladə halların yaranma səbəbləri, nəticələrinin aradan qaldırılması, nazirliyin “112” xidməti Xüsusi Riskli Xilasetmə Xidmətinin keçirdiyi xilasetmə əməliyyatları haqqında geniş söhbət açılmış, fövqəladə hallar zamanı insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi və fövqəladə hadisə zamanı əhalinin təhlükəsiz yerlərə təxliyyəsi mövzusunda məlumat verilmişdir.

Daha sonra Fövqəladə Hallar Nazirliyi haqqında sənədli film nümayiş olunmuşdur

Tədbirin praktiki hissəsində isə Şimal Regional Mərkəzinin Xüsusi xilasetmə xidmətinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına yanğın zamanı xilasetmə əməliyyatları, “Mersedes-Bens Sprinter” markalı xüsusi təyinatlı xilasetmə avtomobili və onun tərkibinə daxil olan alət və avadanlıqların təyinatı və istifadəsi barədə məlumatlar verilmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN “Bakı Metropoliteni” QSC-də təlim-məşq keçirib

28 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC ilə razılaşdırılmış cədvələ əsasən, metronun “Sahil” stansiyasında təlim-məşq keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunları maarifləndirmə tədbiri keçirib

27 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində Lənkəran şəhər Gənclər və İdman Baş idarəsinin, eləcə də Lənkəran Dövlət Humanitar Kolleci tələbələrinin və Lənkəran rayonu Sütəmordov kənd orta məktəbinin şagirdlərinin təmsil olunduqları “Şahinlər” komandalarının birgə iştirakı......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

27 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Zərdab şəhər yanacaq doldurma məntəqəsində, Mingəçevir şəhərində yerləşən Ağdam rayon Boyəhmədli kənd xəstəxanasında......

Ardını oxu